Amerika Psixopatı 2: Əsl Amerikan Qızı
2002·

Amerika Psixopatı 2: Əsl Amerikan Qızı

Morgan J. Freeman

No ratings or reviews yet.

Synopsis

Reyçel oxuduğu kollecin ən uğurlu tələbələrindəndir. Federal Təhqiqatlar Bürosunun keçmiş agenti və silsilə qatillər üzrə ekspert – professor Robert Starkmanın mühazirələrində iştirak etməyi çox sevir. Starkman Patrik Beytmen adlı manyakın müəmmalı qətli ilə bağlı istintaqın daşa dirənməsindən sonra peşəsini dəyişmək məcburiyyətində qalıb. Reyçelin ən böyük arzusu professor Starkmanın assistenti vəzifəsində çalışmaqdır. Boş qalan vəzifəyə namizəd olan bəxtəvərin adını professor gələn həftə elan edəcəyini bildirir. Reyçel nə qədər savadlı və zirək olsa da, onun ciddi rəqibləri ortaya çıxır. Rəqabətdə qalib gəlmək üçün ən qatı ölçülərə əl atır – bütün namizədləri bir-bir aradan götürmək qərarına gəlir. Onun ilk hədəfi professorla gizli eşq macərası yaşayan Kassandra adlı tələbə olur...

Your Review

Sign in to rate and review this title.

Community

—
0 ratings

No ratings yet.